UEFA çempionlar Liqasında 1/8 final mərhələsinin son cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
 
Matc.az xəbər verir ki, bu ada Erlinq Haland ("Mançester Siti", İngiltərə), Hakan çalhanoğlu ("İnter", İtaliya), Kərim Benzema ("Real", İspaniya) və Viktor Osimhen ("Napoli", İtaliya) iddialıdır.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə yolu ilə bəlli olacaq. Həftənin ən yaxşı oyunçusu sabah açıqlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest