"Biz hər şeyi olduğu kimi qəbul etməliyik. Uğur qazanmaq istəyiriksə, fədakar oynamalıyıq"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp UEFA çempionlar Liqasının 1/8 finalında "Real"a qarşı keçirdikləri cavab görüşünü şərh edib. Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında La Liqa klubunun matça nəzarət etdiyini deyib:
 
"Oyunu xüsusi formada keçirmək üçün hazırlaşmışdıq. Lakin meydanda istədiyimizi göstərə bilmədik. Biz hər şeyi olduğu kimi qəbul etməliyik. Uğur qazanmaq istəyiriksə, fədakar oynamalıyıq.
 
Mərhələni keçməyə layiq olan komanda bunu reallaşdırdı. "Real" oyuna nəzarət edirdi. Biz qətiyyən bunu istəmirdik. Qol epizodlarına ehtiyacımız var. Bu oyunda rəqib daha güclü idi. Onlar iki oyunun dörd hissəsinin üçündə yaxşı mübarizə apardılar".
 
Xatırladaq ki, iki oyunun nəticəsinə əsasən, Mersisayd təmsilçisi "kral klubu"na 2:6 hesabı ilə məğlub olub və turnirlə vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest