2022-23 mövsümündə çempionlar Liqasının ən dəyərli "11-liy"i açıqlanıb. Matc.az xəbər verir ki, rəmzi komandaya cari mövsüm turnirdə çıxış edən oyunçular arasında hər mövqenin ən bahalısı salınıb.
 
3-5-2 sxeminə uyğun qurulan heyətin transfer bazarındakı ümumi dəyəri 1,17 milyard avrodu. Ən bahalı futbolçu isə PSJ-nin hücumçusu Kilian Mbappedi. Fransalı forvard 180 milyon avroya bərabərdi.
 
Qapıçı: Tibo Kurtua ("Real" - 60 milyon avro)
Müdafiəçilər: Ruben Diaş ("Mançester Siti" – 75 milyon), Yoşko Qvardiol ("Leypsiq" – 75 milyon), Mattiys de Liqt ("Bavariya" – 70 milyon)
Yarımmüdafiəçilər: Cud Bellinqem ("Borussiya" Dortmund – 110 milyon), Pedri ("Barselona" – 100 milyon), Camal Musiala ("Bavariya" – 100 milyon), Fil Foden ("Mançester Siti" – 110 milyon), Vinisyus Junior ("Real" – 120 milyon)
Hücumçular: Erlinq Haland ("Mançester Siti" – 170 milyon), Kilian Mbappe (PSJ – 180 milyon)
 
Qeyd edək ki, sabah çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılacaq. Simvolik komandadakı oyunçulardan 7-nin komandası mübarizəni davam etdirir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest