UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən "Napoli" – "Ayntraxt" matçından öncə almaniyalı fanatlar Neapolda ciddi iğtişaşlara səbəb olublar. Matc.az xəbər verir ki, daha öncə Frankfurt təmsilçisinin fanatlarının bu oyuna buraxılmayacağı açıqlanmışdı.
 
Lakin oyun günü təxminən 600 "Ayntraxt" azarkeşi Neapol küçələrində yürüşə çıxıblar. Onlar yol boyu avtomobillərə od vurublar, müxtəlif iaşə obyektlərinin vitrinlərini dağıdıblar, yerli polisə müqavimət göstəriblər. Alman tərəfdarlarla "Napoli" azarkeşləri arasında dava da düşüb. Baş verənlərlə əlaqədar İtaliya polisi azı 7 nəfəri saxlayıb. Onların dördü "Napoli", üçü isə "Ayntraxt" fanatıdır.
 
Xatırladaq ki, ilk oyunda "Napoli"yə 0:2 hesabıyla uduzan "Ayntraxt" səfərdə də 3 cavabsız qol buraxaraq mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest