13 Mart 2019, 11:16
ÇEMPİONLAR LİQASI
çempionlar Liqasının 1/8 final mərhələsi "Mançester Siti" üçün rahat keçib. Matc.az saytının məlumatına görə, "Şalke"ni səfərdə 3:2 hesabı ilə məğlub edən "şəhərlilər" cavab görüşündə rəqibin qapısına 7 cavabsız qol vurub.
Bu isə o deməkdi ki, Premyer Liqa təmsilçisi almanları ümumi hesabda 10:2 məğlub edib. Bu, İngiltərə klubları üçün rekord göstəricidi. çünki indiyə qədər heç bir İngiltərə təmsilçisi çL-in pley-off mərhələsində rəqibi üzərində belə üstünlük əldə etməmişdi.
"Şalke" isə əksinə, almanları antirekorda sürükləyib. çempionlar Liqası tarixində ilk dəfə alman klubu belə hesabla məğlub olub.