İtaliyanın "İnter" komandası çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində qarşılaşdığı Portuqaliya "Benfika"sı ilə səfər oyunundan 2:0 hesablı qələbə ilə ayrılıb. Matc.az xəbər verir ki, Milan təmsilçisi üçüncü dəfə çL-in 1/4 final mərhələsindən etibarən ən böyükhesablı səfər qələbəsini qazanıb. 
 
"Neradzurra" 1964-cü ildə Serbiya "Partizan"ını, 1967-ci ildə isə İspaniyanın "Real" komandasını səfərdə 2 cavabsız qolla üstələyib. Hər iki qarşılaşma 1/4 finala təsadüf edib.
 
İndiyə qədər cəmi bir komanda 1/4 finaldan etibarən ilk görüşdə evdə 2 top fərqilə məğlub olmasına baxmayaraq, mərhələ adlamağı bacarıb. Bu, 1968/1969 mövsümündə baş verib. "Ayaks"la "Benfika" arasında hər iki matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əlavə oyuna ehtiyac duyulub və orada "Ayaks" 3:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest