UEFA çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
 
Matc.az xəbər verir ki, bu ada İtaliyanın "İnter" klubundan Alessandro Bastoni, "Milan"dan Brahim Dias, İspaniya "Real"ından Vinisius Junior və İngiltərənin "Mançester Siti" komandasından Con Stons iddia edir.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə yolu ilə bəlli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest