"Real" UEFA çempionlar Liqasının 1/4 finalının ilk qarşılaşmasında "çelsi"ni 2:0 hesabıyla məğlub edib. Matc.az xəbər verir ki, bu qarşılaşma "kral klubu"nun hücumçusu Kərim Benzema üçün əlamətdar olub.
 
Fransalı futbolçu Madrid təmsilçisinin heyətində qitənin ən nüfuzlu klub turnirində 130-cu görüşünü keçirib. Nəticədə Benzema bu komandanın əfsanəvi hücumçusu Raul Qonzalesə çatıb. Fransalı forvard hazırda ispaniyalı ilə birlikdə 2-ci yeri bölüşür.
 
"Real"ın heyətində çL-də ən çox oyun keçirən futbolçu isə İker Kasilyasdır. ötənlərin məşhur qapıçısı vaxtilə bu komandada 150 çL matçına çıxıb.
 
Benzema daha öncə formasını geyindiyi Lion "Olimpik"inin heyətində də çempionlar Liqasının 19 matçının iştirakçısı olub, 12 qol vurub. Bir sözlə o, çempionlar Liqasında bütövlükdə 149 oyunda 90 dəfə rəqiblərin qapısına yol tapıb. O, hazırda Robert Levandovskidən cəmi 1 qol geri qalır. Polşalı 111 görüşdə 91 dəfə fərqlənib. çL-in ən məhsuldar futbolçusu isə 140 qolla (183 oyun) Kristiano Ronaldodur. İkinci yerdə qərarlaşan Lionel Messinin aktivində isə 163 görüşdə 129 qol var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest