çempionlar Liqasının 1/4 final mərhələsinin "çelsi" ilə ev oyunu "Real"ın yarımmüdafiəçisi Marko Asensio üçün əlamətdar olub. Matc.az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsinə bir qolla töhfə verib.
 
71-ci dəqiqədə meydana buraxılan Marko, cəmi 3 dəqiqə sonra rəqib qapısına yol tapıb. Nəticədə Asensio çL-də əvəzetmədən oyuna qoşulduqdan sonra vurduğu qol sayını 9-a çatdırıb. Sağ cinah vingeri bu göstərici ilə çL-in yeni rekordçusuna çevrilib.
 
"Real"ın digər futbolçusu Vinisius Junior da çL-də yeni rekord müəyyənləşdirib. O, rəqibin cərimə meydançası daxilində topla oynama sayında hamını üstələyib. Braziliyalı vinger "çelsi"nin qapısı qarşısında 19 dəfə topa toxunmağı bacarıb. Maraqlıdır ki, "çelsi"nin oyunçuları rəqibin qapıçı meydançasında ümumilikdə 10 dəfə topla oynayıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest