Bu gün çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"çelsi" doğma meydanda Madrid "Real"ı ilə üz-üzə gəlib. İlk oyunda 2 cavabsız qolla qalib gəlmiş İspaniya nəhənginə səfərdə heç-heçə də kifayət edirdi. "Zadəganlar" isə mərhələ adlamaq üçün çL-in son qalibi olan bu rəqibini darmadağınla məğlub etməliydi. Amma səfərdə də inamlı qələbə qazanan Madrid təmsilçisi yarımfinala çıxıb.
Günün digər oyunu İtaliyanın iki təmsilçisi – "Napoli" ilə "Milan" arasında olub. Bu komandaların ilk oyununda da milanlılar qələbə sevinci yaşamışdılar. Qonaqlara Neapolda heç-heçə də kifayət edirdi. "Napoli" isə yalnız inamlı qələbə qazanacağı halda mərhələ adlaya bilərdi. Amma bu görüşdə heç-heçə qeydə alınıb və iki oyunun nəticəsinə görə yarımfinala "Milan" yüksəlib.
UEFA çempionlar Liqası
1/4 finalın cavab oyunları
18 aprel
çelsi (İngiltərə) – Real (İspaniya) 0:2
Qol: Rodriqo, 58; 80.
Baş hakim: Daniel Orsato (İtaliya).
London. "Stemford Bric" stadionu.
İlk oyun – 0:2.
Napoli (İtaliya) – Milan (İtaliya) 1:1
Qol: Osimhen, 90+3 - Jiru, 43.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Neapol. "Dieqo Armando Maradona" stadionu.
İlk oyun – 0:1.