Qitənin ən nüfuzlu klub turniri olan UEFA çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, ikinci oyun günündə baş tutan qarşılaşmalardan sonra yarımfinalçılar müəyyənləşib.

Bir həftə öncə öz meydanında "Bavariya"nı darmadağın edən (3:0) "Mançester Siti" Münhendə qələbəni əldən versə (1:1) də, 4 ən güclü sırasına yüksəlib.

İlk görüşdə "Benfika"nı 2 cavabsız qolla məğlub edən "İnter" də yarımfinalda oynamaq hüququ qazanıb. İtaliya təmsilçisi 3 dəfə hesabda önə çıxsa da, son saniyələrdə buraxılan qol ucbatından qələbəni qoruya bilməyib - 3:3.

Xatırladaq ki, ötən gün "Real" (İspaniya) "çelsi"ni (İngiltərə), "Milan" (İtaliya) isə "Napoli"ni (İtaliya) mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

Beləliklə, yarımfinalda "Mançester Siti" Madrid "Real"ı, "İnter" isə "Milan"la üz-üzə gələcək.   

UEFA çempionlar Liqası
1/4 final mərhələsinin cavab oyunları
19 aprel

"Bavariya" (Almaniya) – "Mançester Siti" (İngiltərə) - 1:1
Qollar: Kimmix, 83 (penalti) - Haland, 57
Münhen. "Alyans Arena". Baş hakim: Kleman Turpen (Fransa).
İlk oyun – 0:3.


"İnter" (İtaliya) – "Benfika" (Portuqaliya) - 3:3
Qollar: Barela, 14; Martines, 65; Korrea, 78- Aursnes, 38; Silva, 86; Musa, 90+3
Milan. "Cüzeppe Meatsa" stadionu. Baş hakim: Karlos del Serro (İspaniya).
İlk oyun – 2:0.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest