"Milan" UEFA çempionlar Liqasında 16 illik həsrətə son qoyub. Matc.az xəbər verir ki, sözügedən komanda uzun illər sonra qitənin ən nüfuzlu klub turnirində yarımfinala vəsiqə qazanıb.
 
1/4 finalda İtaliyanın digər təmsilçisi "Napoli" ilə qarşılaşan milanlılar cütün qalibi olmağı bacarıb. Doğma meydanda 1:0 hesablı qələbəyə sevinmiş "Milan" səfərdə də 1:1 hesablı heç-heçə sayəsində mərhələ adlayan tərəf olub.
 
Xatırladaq ki, "Milan" sonuncu dəfə 16 il öncə çempionlar Liqasında yarımfinala vəsiqə qazanmışdı. Bu komanda 2007-ci ildə finala qədər yüksəlmiş və həlledici oyunda "Liverpul"a qalib gələrək çL-in qalibi olmuşdu.
 
"Milan" bu mövsüm çL-in yarımfinalında "İnter" (İtaliya) – "Benfika" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk oyununda "İnter" 2:0 hesabıyla qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest