19 Aprel 2023, 12:00
ÇEMPİONLAR LİQASI
UEFA çempionlar Liqasının 1/4 final mərhələsinin "çelsi" (İngiltərə) ilə səfər oyunu İspaniyanın "Real" komandası və bəzi futbolçuları üçün əlamətdar olub. Matc.az xəbər verir ki, qarşılaşma Madrid təmsilçisinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
Nəticədə "Real" çL tarixində "çelsi"ni "Stemford Bric"də iki dəfə məğlub edən ilk komanda olub. İspaniya nəhəngi 2022-ci il aprelin 6-dakı görüşdə də 3:1 hesablı qalibiyyətə sevinmişdi.
"Real" 16-cı dəfə çL-in yarımfinalına yüksələrək, özünə məxsus rekordu yeniləyib. Sonrakı yerləri hərəyə 12 yarımfinalla "Bavariya" (Almaniya) və "Barselona" (İspanya) tuturlar. Madridlilər son 13 mövsümdə 11 dəfə yarımfinalda iştirak hüququ əldə ediblər.
Dünənki görüşdə dubl edən "Real"ın futbolçusu Rodriqo çL-də "Stemford Bric"də qol vuran ən gənc qonaq (22 yaş 99 gün) oyunçusudur.
Onun komanda yoldaşı Vinisius Junior ötən mövsümün əvvəlindən bəri turnirdə həm qol (10), həm də məhsuldar ötürmə (11) sayında 10-a çatan yeganə oyunçudur.
"Real"ın yarımmüdafiəçisi Toni Kroos da avrokuboklarda 150-ci matçını keçirib.