"Çelsi" ilə matçda (3:1) qalib gələn "Arsenal" turnir cədvəlində birinci pilləsinə qayıdıb.

"Arsenal" İngiltərə Premyer Liqasının cari mövsümündə London komandalarına qarşı oyunların heç birində uduzmayıb. Matc.az xəbər verir ki, belə uğurlu seriya 2004/2005 mövsümündən sonra ilk dəfə baş verib.
 
"Topçular"ın derbilərdə 10 qələbəsi və iki heç-heçəsi var. "Arsenal" iki dəfə "çelsi"yə qalib gəlib (evdə 3:1 və səfərdə 1:0), həmçinin "Vest Hem" (3:1, 2:2), "Kristal Pelas" (4:1, 2:0), "Fulhem" (2:1, 3:0) və Brentford (1:1 və 3:0).
 
"Arsenal" növbəti turda "Nyukasl"la qarşılaşacaq. "çelsi" ilə matçda (3:1) qalib gələn "Arsenal" turnir cədvəlində birinci pilləsinə qayıdıb. Komanda 34 oyunda 78 xal toplayıb. İki oyun az keçirən "Mançester Siti" "Arsenal"dan 2 xal geri qalır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest