Kataloniyalılar 33 oyundan sonra 82 xalla turnir cədvəlinə başçılıq edirlər. "Real"ın isə 68 xalı var.

"Barselona"ya İspaniya Liqasını qazanmaq üçün iki xal lazımdır. Matc.az xəbər verir ki, bu, Madrid "Real"ının 33-cü turda "Real"a (Sosyedad) uduzmasından (2:0) sonra məlum olub.
 
Kataloniyalılar 33 oyundan sonra 82 xalla turnir cədvəlinə başçılıq edirlər. "Real"ın isə 68 xalı var.
 
Komandalar çempionatda hələ beş oyun keçirməlidir və "Real" həmin görüşlərin hamısını qələbə ilə başa vuracağı təqdirdə, xallarının sayı 83-ə çatacaq. "Barselona" isə 2 xal qazansa, çempionluq titulunu qazanacaq.
 
"Barselona"nın La Liqada növbəti oyunu səfərdə "Espanyol"a qarşı keçirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest