Misli Premyer Liqasının XXXII turu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasovun yubileyi ilə yadda qalıb. Matc.az xəbər verir ki, 42 yaşlı mütəxəssis Azərbaycan çempionatları tarixində 50-ci qələbə sevinci yaşayıb.
 
Bu, "Zirə"ni 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada reallaşıb. Baş məşqçi karyerasına 2017-ci ildə başlayan Abbasov 50 qələbəyə çatmaq üçün 155 matç keçirib. O, bu saya çatan 22-ci çalışdırıcı olub.
 
Qeyd edək ki, Ayxan Abbasov "Zirə"də 18, "Sumqayıt"da 24, "Turan Tovuz"da 8 dəfə qələbə qazanıb.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest