"Barselona" La Liqa tarixinə düşüb. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi bir mövsümün 11 oyununda minimal hesabla qalib gələrək bunu bacarıb.
XXXIII turda "Osasuna"nı yeganə qolla üstələyən Xavi Ernandesin yetirmələri 11-ci dəfə meydanı 1:0 hesablı qələbə ilə tərk edib. "Barsa" La Liqa tarixində bu statistikaya çatan 4-cü komanda olub.
Daha əvvəl "Valensiya" 1988-89, "Atletiko" 2017-18 və "Sevilya" 2020-21 mövsümündə bu nailiyyətə imza atıb.