"Zadəganlar" sonuncu dəfə 30 il əvvəl ardıcıl 6 görüşdə uduzub

Premyer Liqanın XXXIV turunda "Arsenal"a məğlubiyyət "çelsi"nin bütün turnirlərdə ardıcıl 6-cı yenilgisi olub. Matc.az xəbər verir ki, bununla London təmsilçisi 30 ildən sonra ilk dəfə bu uğursuz sindromu yaşayıb.
 
"Zadəganlar" sonuncu dəfə 1993-cü ildə ardıcıl 6 görüşdə uduzub.
 
Frenk Lempardın kollektivi son 6 qarşılaşmada "Vulverhempton"a (0:1), iki dəfə "Real"a (0:2, 0:2), "Brayton"a (1:2), "Brentford"a (0:2) və "Arsenal"a (1: 3) uduzub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest