Futbol üzrə İspaniya La Liqasının autsayderi "Elçe"nin elitanı tərk edəcəyi dəqiqləşib.
 
Matc.az xəbər verir ki, ötən gecə "Almeriya"ya 1:2 hesabı ilə uduzan komanda növbəti mövsüm üçün elitadakı yerini qorumaq şansını itirib.
 
Hazırda "Elçe"nin 16 xalı, 17-ci pillədə qərarlaşan "Valensiya"nın isə 33 xalı var. Qalan 5 matçda autsayder üçün heç bir şans qalmayıb.
 
Sequndaya yuvarlanan "Elçe" son 3 mövsümü La Liqada keçirib. ötən mövsümün sonunda bu klub 42 xalla turnir cədvəlini 13-cü pillədə başa vurub. 2020/21 mövsümündə komanda turnir cədvəlində 17-ci yeri tutub və aşağı liqaya düşməkdən son anda xilas olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest