"Liverpul"un yarımmüdafiəçisi Tiaqo Alkantara üçün mövsüm başa çatıb. Matc.az xəbər verir ki, buna səbəb 32 yaşlı yarımmüdafiəçinin zədələnməsidi.
 
İspaniyalı futbolçu ombasından xəsarət aldığı üçün mövsümün qalan görüşlərində "qırmızılar"a kömək edə bilməyəcək. O, ombasındakı zədənin müalicəsi üçün kiçik əməliyyat keçirəcək.
 
Qeyd edək ki, Tiaqo bu mövsüm bütün turnirlərdə 28 oyuna çıxıb, 1 assistlə yadda qalıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest