"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hücumçu Erlinq Halandın sabiq yetirməsi Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis bunu doğru hesab etmir.
 
Onun fikrincə, argentinalı müqayisəedilməzdi:
 
"Heç kim Messi ilə müqayisə edilə bilməz. Bu cür müqayisələr Erlinqə kömək etməyəcək. Yalnız məqsəd və mentalitet baxımından köməyi dəyə bilər. Messi 10-15 ildir hər mövsüm belədi. Sadəcə, vurulan qollara görə Haland onunla səviyyədədi".
 
Qvardiola Messinin ünvanına növbəti dəfə tərif yağdırıb: "Demək olar ki, hər matçda qol vurur. Onun hər oyunda bir və ya iki qol vurmaq şansı olur. Ancaq Messi görmə qabiliyyəti, driblinq, ötürmə bacarığı, mənəviyyat və bir çox başqa mürəkkəb şeylər baxımından tam oyunçudu. ümid edirəm ki, Erlinq Messiyə mümkün qədər yaxınlaşa bilər. Bu, onun və bizim üçün əla olacaq".
 
Qeyd edək ki, Erlinq Haland bu mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 50 qol vurub və 8 məhsuldar ötürmə verib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest