"Lids"in yeni baş məşqçisi müəyyənləşib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta Sem Ellardays gətirilib.

68 yaşlı mütəxəssis yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. O, bu postda ispaniyalı Xavi Qrasiyanı əvəzləyib. Qrasiya cəmi 12 görüşdə komandanı çalışdırıb.

Ellardays üç gündən sonra "Lids"də debüt matçına çıxacaq. Komandası mayın 6-da XXXV tur çərçivəsində "Mançester Siti" ilə səfərdə üz-üzə gələcək.
Sona dörd tur qalmış "Lids" 30 xalla 17-ci yerdədi. Ellardays komandanı Premyer Liqada saxlaya bilsə, 3 milyon funt-sterlinqdən çox mükafat əldə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest