Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına növbəti dəfə fikirlərini bildirib. Matc.az xəbər verir ki, 67 yaşlı mütəxəssis A seriyasının cari mövsümünü dəyərləndirib.

İtaliyalı mütəxəssis çempionluğa doğru inamla addımlayan "Napoli"nin parlaq mövsüm keçirdiyini söyləyib. O, "İnter"in isə hər kəsi məyus etdiyini vurğulayıb:
 
"Milan" və "İnter" bu mövsüm A seriyasında məyus oldular. "Napoli" birinci pillədə yer alsa da, texniki baxımdan ən güclü olan komandalar "İnter" və "Yuventus"du. Xüsusən də, Simone İnzaqinin komandası hamıdan fərqlənir. Buna görə də, onların məyusluğunu başa düşmək olar. "Napoli" bu mövsüm möhtəşəm işlər gördü. Qalanlarında tarazlıq var. Bəzi klublarda məşqçilərə vaxt verilməlidir, onlara atəş açmaq çox tezdi".
 
Qeyd edək ki, A seriyasında sona 6 tur qalmış 79 xalla turnir cədvəlinə başçılıq edən "Napoli" ən yaxın izləyicisini 18 xal qabaqlayır. "İnter" isə 57 xalla 4-cü pilləni "Milan" və "Roma" ilə bölüşdürür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest