Misli Premyer Liqasının XXXII turunda keçirilən "Neftçi" – "Qarabağ" oyunu ilə bağlı cəzalar açıqlanıb. Matc.az xəbər verir ki, AFFA İntizam Komitəsi görüşdə birbaşa qırmızı vərəqə alan birincilərin müdafiəçisi Voyislav Stankoviçə 2 oyunluq cəza, klubuna isə 1600 manat cərimə kəsib.
Görüş bitdikdən sonra meydançaya kənar şəxs daxil olub ki, bu, "Neftçi"ni 1600 manat ziyana salıb.
 
Eyni zamanda, hər iki komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atılıb. Bu da onların 1600 manat cərimələnməsinə yol açıb.
 
Bundan başqa, "Neftçi" azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlətdiyindən, daha 4000 manat cərimələnib. Eyni səbəbdən "Qarabağ" da 4000 manat cərimə ödəməli olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest