Bu gün çempionlar Liqasının yarımfinal mərhələsində daha bir qarşılaşma keçirilib. Matc.az xəbər verir ki, ikinci oyun günündə bütün diqqətlər Milan şəhərinə yönəlib. Bu dəfə İtaliya təmsilçiləri "Milan" və "İnter" finala vəsiqə uğrunda mübarizə aparlblar.
Eyni şəhərin təmsilçiləri olan bu komandaların duelində ilk oyuna "Milan" ev sahibliyi edib. Qarşılaşma isə "İnter"in inamlı qələbəsiylə yekunlaşıb.
çempionlar Liqası
Yarımfinal, ilk oyun
10 may
"Milan" (İtaliya) – "İnter" (İtaliya) 0:2
Qollar: Edin Dzeko, 8. Henrix Mxitaryan, 11.
Milan. "Cüzeppe Meatsa". Baş hakim: Xesus Mansano (İspaniya)
Xatırladaq ki, İspaniyanın "Real" və İngiltərənin "Mançester Siti" komandaları arasında baş tutan ilk oyunda heç-heçə qeydə alınıb – 1:1.
Yarımfinalın cavab oyunları mayın 16-17-də keçiriləcək.