"Çempionlar Liqası komanda şəklində oynanılmalıdır. Möhtəşəm nəticə əldə etmək üçün inanılmaz səylər göstərməlisiniz və biz bunu etməyə çalışacağıq"

"Milan"ın baş məşqçisi Stefano Pioli çempionlar Liqasının yarımfinalında "İnter"lə keçiriləcək ilk oyundan əvvəl hücumçu Rafael Leaonun durumu barədə məlumat verib. Matc.az xəbər verir ki, çalışdırıcı portuqaliyalı forvardı riskə atmaq istəmədiyini deyib.

Pioli buna axşam saatlarında qərar verəcəklərini söyləyib: "Rafael Leao oynamağa çalışacaq. özünü yaxşı hiss etsə, start heyətinə düşə biləcək. Əks təqdirdə, ehtiyat oyunçular skamyasında belə yer almayacaq. Aydındı ki, riskə gedə bilmərik. Dünən o, planlaşdırılanı etdi, çalışdı. Onun iştirakına oyuna bir neçə saat qalmış qərar veriləcək".

58 yaşlı mütəxəssis təmkinlə çıxış edəcəklərini vurğulayıb: "çempionlar Liqası komanda şəklində oynanılmalıdır. Möhtəşəm nəticə əldə etmək üçün inanılmaz səylər göstərməlisiniz və biz bunu etməyə çalışacağıq. ümid edirəm ki, düzgün hazırlaşmağı, yalnız bundan sonra sevinib əylənməyi futbolçulara çatdıra bildim".

Qeyd edək ki, "Milan" bu gün "San Siro"da əzəli rəqibi "İnter"i qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest