Bu gün UEFA çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib. Matc.az xəbər verir ki, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində bəlli olub.

Birinci oyunda "İnter"ə 0:2 hesabı ilə uduzan "Milan" məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, buna nail ola bilməyib. Cavab görüşündən də qalib ayrılan "İnter" ilk finalçı olub.

Yarımfinalın digər oyununda İspaniya "Real"ı İngiltərədə "Mançester Siti"nin qonağı olacaq.

UEFA çempionlar Liqası
Yarımfinalın cavab oyunu
16 may

"İnter" (İtaliya) - "Milan" (İtaliya) 1:0
Qol: Lautaro Martines, 74.
Baş hakim: Kleman Türpen (Fransa).
Milan, "Cüzeppe Meatsa" stadionu.
İlk oyun – 2:0.

İnter: Andre Onana, Denzel Dumfris, Matteo Darmian, Françesko Açerbi, Alessandro Bastoni, Federiko Dimarko, Nikolo Barella, Henrix Mxitaryan, Hakan çalhanoğlu, Lautaro Martines (k), Edin Ceko.

Milan: Mayk Menyan, Davide Kalabriya (k), Malik Tiav, Fikayo Tomori, Teo Hernandes, Rade Kruniç, Sandro Tonali, Braim Dias, Junior Messias, Rafael Leao, Olivye Jiru.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest