Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsində yerləşən Cam otelində məskunlaşacaq komanda burada 2 həftə hazırlığını davam etdirəcək.

"Turan Tovuz"un əsas komandasının yay hazırlıq planı bəlli olub. Matc.az xəbər verir ki, iyunun 30-da hazırlığın ilk mərhələsi üçün Bakıda bir araya gələcək qərb təmsilçisi iyulun 13-də Türkiyəyə yola düşəcək. 
 
Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsində yerləşən Cam otelində məskunlaşacaq komanda burada 2 həftə hazırlığını davam etdirəcək.
 
Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunları haqda hələlik məlumat verilmir. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest