Ronaldo sonuncu dəfə 2023/2024 mövsümündə, Səudiyyə çempionatının 30-cu turunda “Əl-Nəsr”in “Əl-Vəhdə”ni 6:0 hesabı ilə məğlub etdiyi oyunda üç qol vurmuşdu.
“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo Səudiyyə Peşəkar Liqasının 12-ci turunda “Əl-Xulud”a qarşı oyunda üç qol vuraraq, iki ildən çox müddətdən sonra ilk het-trikinə imza atıb. Matc.az xəbər verir ki, Ər-Riyaddakı “Əl-Əvvəl Park” stadionunda keçirilən görüş “Əl-Nəsr”in 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanı baş hakim Xalid Əl-Turais idarə edib. Hesabı 16-cı dəqiqədə qonaq komandanın hücumçusu Julien Dominges açıb. 24-cü dəqiqədə meydan sahiblərindən Qabriel Ancelo tarazlığı bərpa edib, 38-ci dəqiqədə isə Sadio Mane “Əl-Nəsr”i önə keçirib. Birinci hissənin əlavə vaxtında “Əl-Xulud”un hücumçusu Loik Essomba hesabı bərabərləşdirib (2:2).
İkinci hissədə oyunun taleyini Ronaldo həll edib. Portuqaliyalı ulduz 66-cı dəqiqədə komandasının üçüncü qolunu vurub, altı dəqiqə sonra isə dublunu rəsmiləşdirib. 81-ci dəqiqədə Ronaldo het-triki tamamlayıb. Bu, onun peşəkar karyerasındakı 985-ci qol olub. Oyunun 94-cü dəqiqəsində Dominges ikinci qolunu vurub, lakin bu, hesabı dəyişməyə bəs etməyib.
Ronaldo sonuncu dəfə 2023/2024 mövsümündə, Səudiyyə çempionatının 30-cu turunda “Əl-Nəsr”in “Əl-Vəhdə”ni 6:0 hesabı ilə məğlub etdiyi oyunda üç qol vurmuşdu.
41 yaşlı futbolçu cari mövsümdə liqada keçirdiyi 10 oyunda yeddi qola və bir məhsuldar ötürməyə imza atıb. 2026/2027 mövsümündə Asiya Çempionlar Liqasında isə iki oyunda bir dəfə fərqlənib.













