Kristof Qaltye cari mövsümün sonunda PSJ-nin baş məşqçisi postunu tərk edəcək. Matc.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin "Klermon"la oyunu fransalı mütəxəssis üçün komandada sonuncu olacaq.  
 
PSJ yaxın günlərdə yeni məşqçi axtarışına çıxacaq.
 
Qaltyenin parislilərlə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. PSJ 56 yaşlı mütəxəssisinin rəhbərliyi altında Fransa çempionluğunu, Superkubokunu qazanıb, həmçinin çempionlar Liqasının 1/8 finalına yüksəlib.
 
Xatırladaq ki, PSJ bu gün mövsümün son matçına çıxacaq. Parislilər Fransa çempionatının 38-ci turunda "Klermon"la qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest