Erlinq Haland "Mançester Siti"də debüt mövsümündə ikinci kubokunu qazanıb. Matc.az xəbər verir ki, 22 yaşlı norveçli hücumçu əvvəllər "Siti" ilə İngiltərə çempionatının, bu gün isə finalda "Mançester Yunayted"i məğlub edərək (2:1) İngiltərə kubokunun qalibi olub.
 
Haland bütün yarışlarda 52 oyunda 52 qol vurub.
 
Onun indi karyerasında 6 titulu var – "Salzburq"la iki dəfə Avstriya çempionluğunu, eləcə də Avstriya kuboku. Haland bundan əlavə, Dortmund "Borussiya"sı ilə Almaniya kubokunun qalibi olub.
 
İyunun 10-da "Siti" mövsümün son matçını – çempionlar Liqasının finalını "İnter"ə qarşı keçirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest