Azərbaycan Kubokunun final oyunu iki yubileylə yadda qalıb. Matc.az xəbər verir ki, "Bakcell Arena"dakı görüş həm "Neftçi", həm də "Qəbələ" üçün əlamətdar olub.
 
çünki bu, bakılıların ölkə kuboku tarixində 170-ci, bölgə klubunun isə 80-ci kubok qarşılaşmasıdı.
 
ümumilikdə 93 qələbə, 38 heç-heçəsi olan "Neftçi" 39-cu məğlubiyyətini (0:1) "Qəbələ"dən alıb. "Ağ-qaralar"ın top fərqi 264:111-di.
 
"Qırmızı-qaralar" isə turnir tarixində 44-cü qələbəsini qazanıb. "Qəbələ"nin 19 heç-heçə və 17 məğlubiyyəti var. Bu komandanın top fərqi isə 133:75-di.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest