05 İyun 2023, 13:24
FUTBOL
"Qəbələ" daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Komandanın baş məşqçisi Elmar Baxşıyevin verdiyi məlumata görə, Murad Musayevin başa çatan sözləşməsinin müddəti daha 1 illik uzadılıb.
Əyalət təmsilçisi 29 yaşlı müdafiəçidən əvvəl Urfan Abbasov, İlkin Qırtımov və Emin Səfərovla yeni müqavilə bağlayıb.
Baxşıyev heyətin bir çox üzvünə digər klublardan təkliflər olduğunu bildirib: "Normal haldır, çünki hamısı yaxşı oyunçudur. Rəhbərlikdən əsas xahişim bu olub ki, həmin futbolçuları komandada saxlayaq. Bunun üçün isə onları razı salmalıyıq".
Mütəxəssis təlim-məşq toplanışına iyunun 21-i və ya 22-də başlayacaqlarını, ilk mərhələnin Qəbələdə, sonrakı etapın isə Türkiyədə olacağını açıqlayıb (report).