06 İyun 2023, 22:31
FUTBOL
Azərbaycan millisinin daha bir sabiq futbolçusu karyerasını bitirməyə hazırlaşır. Matc.az saytının əldə etdiyi məlumata görə, "Səbail"in kapitanı Rahid Əmirquliyev futboldan getmək barədə düşünür.
"Dənizçilər"lə müqaviləsi başa çatan 34 yaşlı yarımmüdafiəçi çox güman ki, yeni sözləşməyə qol çəkməyəcək. çünki Əmirquliyev məşqçiliyə başlamağı planlaşdırır. Böyük ehtimalla yığmamızın keçmiş üzvü məhz "Səbail"də məşqçilər korpusuna cəlb ediləcək. Əmirquliyev 2018-ci ildən "Səbail"in formasını geyinir.
Qeyd edək ki, "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov da karyerasını başa vurmaq qərarına gəldiyini açıqlayıb.