"Vest Hem"in hücumçusu Maykl Antonio məhsuldarlığını Konfrans Liqasının finalında da davam etdirmək arzusundadı. Matc.az xəbər verir ki, yamaykalı forvard UEFA-nın rəsmi saytına açıqlamasında "Fiorentina" ilə həlledici görüşdə də qol vurmaq istəyində olduğunu gizlətməyib:

"Premyer Liqa tarixində "Vest Hem"in bombardiri olmağa yaxınlaşarkən təzyiq altında idim. Buna nail olduğum üçün şadam, amma məqsədim ildən-ilə təkmilləşmək və komandanın növbəti bombardirinin mənə çatmasını çətinləşdirməkdi. Avrokubokların da kritik matçlarında yaxşı formada oluram. çünki belə təzyiqlərə öyrəşmişəm. İndi də finalda komandamızın qələbəsi üçün qol və ya qollar vurmalı olduğumu bilirəm. Bunun üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, bu gün Praqada keçiriləcək Konfrans Liqasının finalı oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest