Ukrayna millisinin yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, bu posta Sergey Rebrov gətirilib.
 
Ukrayna Futbol Assosiasiyası bu gün 49 yaşlı mütəxəssisi təqdim edib. Rebrov assosiasiya ilə 3 illik müqaviləyə qol çəkib.
 
Qeyd edək ki, Sergey Rebrovun son iş yeri Birləşmiş Ərəb Əmirlikləri klubu "Əl-Ayn" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest