"Avropa çempionatına ilkin hazırlıq prosesindən, yəni Bakıda toplaşmamışdan əvvəl millimizin bütün oyunçuları məşqçilər tərəfindən müəyyən edilmiş fitnes proqramı əsasında fiziki məşqlər üzərində səylə çalışırdılar"

"Oyunçuların tam formalaşması və bir-birimizə lazımi şəkildə uyğunlaşmağımız üçün hər şey ən xırda detaladək çalışılır". Matc.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
 
25 yaşlı hücumçu məşqçilər korpusunun əməyini yüksək qiymətləndirdiklərini bildirib: "Avropa çempionatına ilkin hazırlıq prosesindən, yəni Bakıda toplaşmamışdan əvvəl millimizin bütün oyunçuları məşqçilər tərəfindən müəyyən edilmiş fitnes proqramı əsasında fiziki məşqlər üzərində səylə çalışırdılar. Sonra zalda ciddi hazırlıqlara başladıq. Bütün bunlar komandamızın oyun sxemi və taxtikasının inkişafına töhfə verir".
 
Başnakova yoxlama görüşlərinin onlara qitə birinciliyi zamanı kömək edəcəyini düşünür: "Yoxlama oyunları güclü və zəif tərəflərimizi müəyyənləşdirməyə, həmçinin, səhvlərimiz üzərində çalışmağa şərait yaradır. Komanda şəklində hazırlığımız tam sürətlə davam edir. Bu da bizə qarşımıza qoyulan məqsədə çatmaq, yəni Avropa çempionatında layiqli şəkildə çıxış etmək üçün kömək olacaq".
 
Qeyd edək ki, Avropa çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest