Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulub. Matc.az xəbər verir ki, günün ilk oyununda "Turan Tovuz" "Qəbələ"ni qəbul edib.  Görüş saat 16:30-da start götürüb. Qarşılaşmaya ev sahibi komandası daha fəal başlayıb. Bunun nəticəsi olaraq Tovuz təmsilçisi hesabı açan tərəf olub. Görüşün gedişində fərqi daha da artıran ev sahibi çox keçmədən qapısında qol görüb. Vurulan qolun şokundan ayılmamış "Qəbələ" daha bir qol atıb və hesabı bərabərləşdirib.
 
Turun maraqla gözlənilən oyununda son çempion "Qarabağ" öz meydanında ötən mövsümün gümüş medalçısı "Sabah"ı qəbul edib. Qarşılaşma saat 19:30-da başlayıb. Görüşə daha fəal başlayan ev sahibi komandası qarşılaşmadan qalib ayrılmağı bacarıb. "Köhlən atlar" rəqib qapısından 2 cavabsız qol keçirib.  "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə matçın 57-ci dəqiqəsində zədə alaraq oyuna davam edə bilməyib və əvəzlənib. 
 
Qeyd edək ki, turun ilk 3 oyunu 15 və 16 sentyabr tarixlərində keçirilib.
 
17 sentyabr (bazar)
 
16:30. "Turan Tovuz" – "Qəbələ" 2:2
Qollar: Fərid Nəbiyev, 56; Belajdi Pusi, 59 - Osama Xalayla, 70; 78 (pen)
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: ömər Paşayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Tovuz şəhər stadionu
 
"Turan Tovuz": 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 14. Slavik Alxasov, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 8. Piruzi Marakvelidze, 7. Luis Paçu, 80. Otto Con
Baş məşqçi: Ayxan Abbasov
 
"Qəbələ": 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 14. ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 6. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 72. Osama Xalayla, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Məşqçi: Xaqani Məmmədov
 
19:30. "Qarabağ" – "Sabah" 2:0
Qol: Juninyo, 56; Hamidu Keyta, 88
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Tofiq Bəhramov adına Respublika Stadionu
 "Qarabağ": 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç,18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov, 20. Riçard Almeyda 5. Maksim Medvedev, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica

"Sabah":1. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 15. Kristian da Silva,24. Maruan Hadudi, 7. Boyan Letiç, 44. Sofian çakla, 18. Davit Volkov, 3. Con İrasabal, 28. Kahim Parris

Ehtiyat oyunçular: 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 12. Vinsent Til, 27. Jarl Marqarita

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest