Almaniya Bundesliqasında XI turun oyunları keçirilib. Matc.az xəbər verir ki, öncə "Volfsburq" səfərdə "Borussiya" (Mönhenqladbax) ilə qarşılaşıb.
 
Avropa Liqasında ölkəmizi təmsil edən "Qarabağ"ın rəqibi "Bayer" (Leverkuzen) paytaxt klubu "Union"u (Berlin) darmadağın edib.
 
Son çempion "Bavariya" debütant "Haydenhaym"ı 4:2 hesabı ilə üstələyib. Qonşu pillələrdə qərarlaşan "Ştutqart"la "Borussiya" (Dortmund) komandalarının duelində birincilər sevinib.
 
Bundesliqa
XI tur
10 noyabr (cümə)
 
"Borussiya" (Mönhenqladbah) - "Volfsburq" 4:0
Qollar: Çvançara, 16. Rayts, 42. Honorat, 64. Plea, 71.
 
Turun digər oyunları:
 
11 noyabr (şənbə)
 
"Darmştadt" - "Maynts" 0:0
 
"Auqsburq" - "Hoffenhaym" 1:1
Qollar: Demiroviç, 53 – Veqorst, 23.
 
"Bavariya" - "Haydenhaym" 4:2
Qollar: Keyn, 14; 44. Gerrero, 72. Şupo-Motinq, 85 – Klayndienst, 67. Beste, 70.
 
"Ştutqart" - "Borussiya" (Dortmund) 2:1
Qollar: Undav, 42. Girassi, 83-pen – Fullkruq, 36.
 
"Bohum" - "Köln" 1:1
Qollar: Daşner, 25 – Selke, 54.
 
12 noyabr (bazar)
 

"Bayer" - "Union" (Berlin) – 4:0
Qollar: Qrimaldo, 23; Kossunu, 57; Ta, 73; Tella, 83

"Verder" - "Ayntraxt" – 2:2
Qollar: Dukş, 45+2; Borre, 50;  - Sxiri, 65; Smolçiç, 75

"Leypsiq" - "Frayburq" – 3:1
Qollar: Simons, 6; Openda, 78; Baumgartner, 804 - Rohl, 45+6

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest