“Barselona”nın hücumçusu Lamin Yamalın atası sosial media hesabında Lionel Messinin gənc futbolçuya ünvanladığı videonu paylaşıb. Matc.az xəbər verir ki,  təxminən 2024-cü ildə lentə alınan görüntülərdə “Barselona”nın keçmiş ulduzu Messi həmin vaxt 17 yaşında olan Yamala müraciət edir.

Videonun “Adidas”ın reklam kampaniyası çərçivəsində çəkildiyi bildirilir. Kampaniya üçün Messi xüsusi futbol butsları kolleksiyasını geyinəcək 10 gənc futbolçudan birini şəxsən seçib. Argentinalı ulduzun seçimi Lamin Yamal olub.

Videomüraciətində Messi gənc futbolçuya yeni kolleksiyanın təqdimatında iştirak etməyi təklif edərək ona peşəkar karyerasında uğurlar arzulayıb.

“Salam, Lamin. 2024-cü ildə yalnız 10 futbolçunun geyinəcəyi yeni futbol butsları kolleksiyasını təqdim edirik və istəyirəm ki, sən də onlardan biri olasan. Sənə ən xoş arzularımı çatdırır, peşəkar karyeranda uğurlar diləyirəm”, – deyə Messi bildirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest