30 Oktyabr 2026, 09:39
FUTBOL
"Araz-Naxçıvan" futzal komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin V qrupunda son oyununu keçirəcək. Matc.az-ın məlumatına görə, Naxçıvan təmsilçisi bu gün Polşa çempionu "Piast"la üz-üzə gələcək.
Görüş Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da, saat 22:00-da start götürəcək.
Qeyd edək ki, ilk görüşdə Macarıstanın "Uypeşt" komandasına 5:4 hesabı ilə qalib gələn Azərbaycan çempionu II turda Bosniya və Herseqovina təmsilçisi "Buba Mara"ya uduzub - 3:5.













