Komandanın cavanlığına diqqət çəkən məşqçi qeyd edib ki, heyətdə yalnız üç qız 20 yaşdan yuxarıdır və «Maritza» əvvəlki illərdə bu qədər kəskin cavanlaşma etməyib. Qələbənin özgüvən verəcəyini, amma hər gün zalda 100 faiz çalışmağın vacibliyini söyləyib.
Bolqarıstanın qadın voleybolçulardan ibarət «Maritza» (Plovdiv) klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan çempionu «Turan» (Tovuz) ilə görüşün hazırlığına başlayır. Matc.az xəbər verir ki, dəqiq tarix hələ açıqlanmasa da, oyunların 3-12 noyabr arasında keçiriləcək.
İki oyunun qalibi Çempionlar Liqasının qrup mərhələsində D qrupuna düşəcək. Bu qrupda İtaliyanın «Savino del Bene Scandicci», İstanbulun «Eczacıbaşı» və Serbiyanın «Tent Obrenovac» klubları da var.
«Maritza» iki gün öncə Plovdivdə Monteneqro çempionu Herseq-Novini 3:2 (28:30, 25:20, 25:18, 23:25, 15:10) məğlub edib.
Komandanın baş məşqçisi Kristiyan İliyev oyundan sonra komandanın diqqətini hər an qorumalı olduğunu deyib. Onun sözlərinə görə, bu səbəbdən oyun uzanıb. Kapitan Jana Todorovanın komandanı «müstəsna şəkildə» irəli apardığını da vurğulayıb.
Komandanın cavanlığına diqqət çəkən məşqçi qeyd edib ki, heyətdə yalnız üç qız 20 yaşdan yuxarıdır və «Maritza» əvvəlki illərdə bu qədər kəskin cavanlaşma etməyib. Qələbənin özgüvən verəcəyini, amma hər gün zalda 100 faiz çalışmağın vacibliyini söyləyib.
Rəqibin Azərbaycandan olacağı barədə suala İliyev belə cavab verib: bu günün keçməsini, dincəlməyi və sabahdan növbəti oyuna hazırlaşmağa başlamağı gözləyirlər.













