30 Oktyabr 2026, 10:22
FUTBOL
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi İstanbul derbisində dava edən futbolçuların cəzalarını açıqlayıb. Matc.az xəbər verir ki, “Fənərbağça”nın müdafiəçisi Arçi Braun 3, “Qalatasaray”ın futbolçusu Abdülkerim Bardakçı isə 2 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, komandalar arasında keçirilən Superliqa matçı “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir AXUND













