Bu gün GİN-in Voleybol Mərkəzində turun son oyunu keçirilib. Matc.az xəbər verir ki, qarşılaşmada “Murov Az Terminal” və “Gənclər” komandaları üz-üzə gəlib. Görüş “Murov Az Terminal” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, oktyabrın 28-də keçirilən turun digər oyunlarında “Xilasedici” komandası “AZERRAIL”i, “ORDU” isə “Neftçi”ni 3:0 hesabı ilə məğlub edib.

 

Super Liqa (kişilər)

Oyun nəticəsi

II tur

30 oktyabr

“Murov Az Terminal” – “Gənclər” 3:0 (25:08, 25:16, 25:10)

 

Ünvan: GİN-in Voleybol Mərkəzi

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest