İspaniya Futbol Federasiyası “Barselona” klubunu Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvareslə bağlı qaydaları pozduğuna görə 602 avro cərimələyib. Matc.az xəbər verir ki, buna səbəb Kataloniya təmsilçisinin argentinalı futbolçu ilə “Atletiko”nu əvvəlcədən yazılı şəkildə məlumatlandırmadan əlaqə saxlaması olub.

Madrid klubu məsələ ilə bağlı FİFA-ya da şikayət etsə də, qurumun bu işə baxmaq səlahiyyətinin olmadığı bildirilib.

Qeyd edək ki, 2030-cu ilin iyununa qədər “Atletiko” ilə müqaviləsi olan Alvares daha əvvəl “Barselona”da oynamaq istədiyini açıqlamışdı.

Mahir AXUND

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest