30 Oktyabr 2026, 11:20
FUTBOL
Azərbaycan Kubokunun 2026/2027 mövsümündə II təsnifat mərhələsinin 12 oyununda 71 qol vurulub. Matc.az xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına görə, bu, indiki formatda həmin mərhələ üçün rekord göstəricidir. Oyunlarda orta məhsuldarlıq 5,92 qol təşkil edib.
Ümumilikdə, mövsümün təsnifat mərhələlərində keçirilən 18 qarşılaşmada 107 qol vurulub. Bu da indiki formatda yeni rekorddur.
Ən məhsuldar görüş “Kür-Araz” – “Sumqayıt” matçı olub. Qarşılaşma qonaqların 11:0 hesablı qələbəsi ilə başa çatıb. MOİK – “Şahdağ Qusar” (1:9) və “Şəfa” – “Ağstafa Gəncləri” (9:2) oyunları da yüksək hesabla yadda qalıb.













