Türkiyə Super Liqasının X turunda lider “Qalatasaray” növbəti qələbəsini qazanıb. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi turun ilk oyununda səfərdə “Konyaspor”la qarşılaşıb.

Okan Burukun komandası rəqibinə heç bir şans verməyib. Görüş “Qalatasaray”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 25-ə çatdıran “Qalatasaray” turnir cədvəlinin liderliyini davam etdirir. 20 xalı olan “Amed” ikinci, 19 xalla “Trabzonspor” isə üçüncü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest