Qadın voleybolçular arasında CEV Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, turnirdə mübarizə aparan “Turan” cavab görüşünə çıxıb.
Tovuz təmsilçisi Xorvatiyada Zaqreb “Mladost”u ilə qarşılaşıb.
Gərgin keçən ilk set “Turan”ın üstünlüyü ilə keçib. Təmsilçimiz 26 dəqiqəlik mübarizədən qalib ayrılıb - 25:22.
“Mladost” ikinci setdə tarazlığı bərpa edə bilib. Ümumilikdə, 31 dəqiqə sürən hissədə voleybolçularımızın əsasən top qəbulundakı səhvlərindən sonra xorvatlar setlərdə hesabı bərabərləşdiriblər - 1:1 (25:21).
Amansız keçən üçüncü set xala-xal prinsipi ilə keçib. Amma daha yaxşı oyun sərgiləyən “Turan” hissəni qazanmağı (25:23) bacarıb və hesabda önə çıxıb - 2:1.
Üçüncü setin əvvəlində hesabda geri düşməsinə baxmayaraq, komandamız əzmkarlıq göstərib. 23:23 hesablı bərabərliyə qədər oynayan təmsilçimiz son anda buraxılan səhvlər ucbatından qələbəni əldən verib – 2:2 (25:23).
Qalib “Qızıl set”də müəyyənləşib. Bu dəfə daha inamlı təsir bağışlayan komandamız 15:13 hesablı qələbə qazanıb -3:2.
Xatırladaq ki, komandalar arasındakı ilk oyunda Tovuz təmsilçisi qələbə qazanmışdı - 3:0 (25:20, 25:16, 25:16).
Növbəti mərhələdə komandamızın rəqibi Bolqarıstan təmsilçisi “Maritza” olacaq.













