"Çelsi"nin vingeri Rahim Sterlinq Premyer Liqanın 11-ci turunun duelində (4:1) "Tottenhem" azarkeşlərinin tribunasına əşya atdığı üçün diskvalifikasiya təhlükəsi ilə üzləşib .

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Hadisə ilk hissədə "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmerin penaltini dəqiq yerinə yetirməsindən sonra baş verib. Qolu qeyd edərkən Palmer barmağını dodaqlarına apararıb. Bu da azarkeşləri hiddətləndirib. Tribunadan atılan əşya Palmerin ayağına dəyib. Sterlinq əşyanı götürüb və yenidən tribunaya atıb. İngiltərə Futbol Assosiasiyası (FA) hadisənin baş vermə şəraitini öyrənir. Daha sonra futbolçuya hansı cəzanın veriləcəyi elan olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest