10 Noyabr 2023, 19:17
FUTBOL
"Real”ın qapıçısı Kepa Arissabalaqa sağ budunun uzun əzələsindən zədə alıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Qapıçı noyabrın 8-də Çempionlar Liqasının “Braqa” ilə oyunundan (3:0) əvvəl zədələnib. Klubun rəsmi saytı bununla bağlı paylaşım edib: “Real” tibb xidmətləri oyunçumuz Kepa Arrizabalaqanın müayinəsindən sonra ona sağ budun uzun əzələsinin zədələnməsi diaqnozu qoyub. Gedişat inkişaf etdikcə məlumat veriləcək. Hələ dəqiq bir informasiya yoxdur”.